Plenar iclaslar 13 May 2022, 15:44 | Baxış sayı: 289
"Orta tibb personalının professor olması üçün yollarının açılması lazımdır".

“Orta tibb personalının yüksək ixtisaslaşmasına, onların dosent, professor olması üçün yollarının açılması lazımdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, bu gün Azərbaycanda tibb bacılarının maaşında da qənaətbəxş artım var: “Amma onların maaşının yenə də artırılması bizim üçün prioritetdir. Biz xəstəxanaların və insan resurslarının təkmilləşməsi üçün çalışmalıyıq”.

Xəbərlər