Siyasət 31 Avqust 2023, 17:47 | Baxış sayı: 68
“Orda ac adam yoxdur, hamısı sıpa kimidir”

“Əgər bu gün Qarabağ separatçıların “rəhbəri” Araik Arutyunyan istefa versə və onun yerinə bir başqası gəlsə belə, bunun bizim üçün qətiyyən hər hansı bir önəmi yoxdur”. 

Bu sözləri açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib. 

O, separatçı rejimin “rəhbəri” Araik Arutyunyanın “istefası” ilə bağlı erməni mətbuatında yayılan məlumatlara münasibət bildirib. 

E. Məmmədov söyləyib ki, burada söhbət tək-tək şəxslər və onların mövqeyindən getmir, burada söhbət ümumi problemin kökündə dayanan məsələlərdən gedir: 

“Yəni erməni düşmənçiliyi, işğalçılığı və separatizmidir əsas məsələ. Dəxili yoxdur, Arutyunyan getsin, Babayan gəlsin, guya Arutyunyandan qabaq olanlar yönlü idi? Yaxud biz indi düşünə bilərik ki, Arutyunyandan sonra gələn şəxs ədalətli, beynəlxalq hüquqa uyğun mövqe sərgiləyəcək? Qətiyyən yox. Bu məsələdə müxtəlif fikirlər səsləndirilə bilər, hərə öz fikrində müstəqildir”. 

“Bu gün Ağdam-Əsgəran arasındakı yolda duran erməni donuzlarından xəbəriniz var? Fransanın ermənipərəst prezident Makron onların sir-sifətinə, xarici görünüşünə baxsın ki, onların içərisində aclıq çəkən kimsə var? Hamısı sıpa kimidir, elə bir hamısını donuz kimi yemləmisən. Yaxud Xankəndidə aksiya keçirənlərin tərkibinə baxsınlar. Görsünlər ki, orada simasından aclıq yağan bir adam var? Qətiyyən!”,  əlavə edib.

Onun fikrincə, Azərbaycana qarşı olan düşmənçilik, ərazi bütövlüyünün pozulması, Azərbaycanda separatizmin daim mövcud olub qalması və separatçı qurumun müxtəlif dövlətlər tərəfindən müdafiə olunmasın indi əsas problemlərdən biridir:

“Yəni prinsip eynidir. Hakimiyyətdə kimin olmasının əhəmiyyəti yoxdur. Burada imperiya siyasəti var. Bizim ərazimizdə də kök salmış bu cinayətkar toplumun separatçılıq mövqeyi var və kim gəlirsə gəlsin, onlar bu terrorçu rejimi qoruyub saxlamaq istiqamətində iş aparacaq. Hələ Araikdən də betər olacaq. 

Buna görə də Azərbaycanın yeganə çıxış yolu var. Bu seçim istənilən dövlətə məxsusdur, tək bizə aid deyil. Sual edirəm ki, hansı ölkə qəbul edər ki, onun ərazisində separatçı bir qurum mövcud olsun və özünü dövlət kimi təqdim edib fəaliyyət göstərsin? Təbii ki, heç kim. Dəfələrlə söylədiyim kimi, yenə də təkrar edirəm ki, axırıncı erməni Azərbaycan ərazisindən çıxarılıb təmizlənənə qədər bu problem günü-gündən daha da təhlükəli olacaq və vəziyyət daha da gərginləşəcək”. 

“Onlar bu gün görün nə şərtlərlə danışırlar? Deyirlər ki, Azərbaycan “Artsax”la danışıqlar aparmalıdır və s. Ona görə də “Artsax” deyənlərin dilini və kökünü kəsib onları ərazimizdən təmizləməkdən savayı yolumuz yoxdur. Bunların nazı oynamağın heç bir biri effekt verəsi deyil. O vaxta qədər ki, biz Konstitusiyamıza, beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə əsaslanıb ərazimizdə separatizmin kökünü kəsmək üçün fəaliyyətə başlayacağıq. Biz hərbi gücümüzdən istifadə edib antiterror əməliyyatları vasitəsilə həm onların, həm də Ermənistana məxsus hərbi birləşmələrin kökünü kəsəcəyik. Bundan sonra sülh, əmin-amanlıq və sakitlikdən danışmaq olar. Ancaq nə qədər ki separatçılar torpağımızda özünü dövlət kimi təqdim edirlər, o zaman qədər heç bir sülh və əmin-amanlıq olası deyil”, - müsahibimiz fikirlərini tamamlayıb.

yenisabah.az

Xəbərlər