KOMİTƏ İCLASLARI 10 Noyabr 2022, 11:48 | Baxış sayı: 72
"Onkoloji xəstəliklər sığorta üzrə xidmətlər zərfinə daxil edilməlidir"

“İcbari tibbi sığortanın tətbiqi sahəsində əhalinin məmnunluğu günbəgün artır, amma bu sahədə çatışmazlıqlar var”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, xəstəxanaların tibbi avadanlıqları tükənib: “Bizim bir neçə xəstəxanamızın tibbi avadanlıqlarının dayanmaq təhlükəsi ilə üz-üzə qalması problemini qaldırmışdım. Samir müəllim, sizə və Əli Əsədova təşəkkür edirəm. Artıq bu istiqamətdə addımlar atılır”.

Komitə sədri icbari tibbi sığorta üzrə xidmətlər zərfinə onkoloji xəstəliklərin də daxil edilməsini təklif edib: “Zaur müəllim dedi ki, onkoloji xəstəlikləri icbari tibbi sığorta ilə əhatə etmək üçün 200 milyon manat vəsait lazımdır. Onkoloji xəstəliklərin nə dərəcədə ağır olması barədə hamı bilir. Mən əminəm ki, bu, nəzərə alınacaq. Hörmətli maliyyə nazirindən bunu nəzərə almasını xahiş edirəm”.

Mənbə: apa.az

Xəbərlər