Cəmiyyət 20 Oktyabr 2021, 12:23 | Baxış sayı: 257
Ölkəmizdə COVID-19-a qarşı peyvəndin pullu olacağı gözlənilirmi?

Ölkəmizdə COVID-19-a qarşı peyvəndin pullu olacağı gözlənilirmi?

Bu məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Cebhe.info-ya açıqlamasında deyib ki, ölkəmizdə kifayət qədər vaksin təchizatı var və pullu olacağı gözlənilmir:

"Azərbaycanda vaksinin pullu olacağı gözlənilmir. Çünki Azərbaycan sosial dövlət modelinə malik ölkədir. Sosial dövlət kimi də öz vətəndaşının vaksinasiyasını dövlət hesabına, pulsuz şəkildə edir. Bilirik ki, birinci və ikinci doza peyvənd pulsuz oldu, üçüncü doza da pulsuz tətbiq ediləcək. Ölkə rəhbəri tərəfindən vaxtında atılmış strateji addımlar və düzgün planlama nəticəsində vaksin təchizatında problem yoxdur. O cümlədən, infrastruktur və loqistika baxımdan da peyvəndlərin icrasında heç bir problem yaşanmır. Buna görə də vaksinin pullu olacağı Azərbaycan üçün keçərli deyil".

Xəbərlər