Cəmiyyət 21 Aprel 2022, 14:12 | Baxış sayı: 217
"Ölkədə Sovet dövründə siyasi əhəmiyyət kəsb edən, imperiyanı tərənnüm edən abidələr, heykəllər qalmamalıdır".

“Ölkədə Sovet dövründə siyasi əhəmiyyət kəsb edən, imperiyanı tərənnüm edən abidələr, heykəllər qalmamalıdır. Sovet dövrünə aid olan belə incəsənət nümunələri muzeylərə təhvil verilməlidir. Azərbaycan dövlət müstəqilliyinin əleyhinə olan belə nümunələr yığışdırılmalıdır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat qeyd edib ki, hansısa incəsənət xadiminin, misal üçün, görkəmli bəstəkar və ya şairlər kimi bəşəriyyətin inkişafına töhfə vermiş şəxslərin heykəlləri, onları tərənnüm edən incəsənət nümunələri ilə bağlı eyni addımı atmaq olmaz: “Haradasa Sovet əsgərinə ucaldılmış abidənin sökülməsi, təhqir edilməsini düzgün hesab etmirəm. Vaxt var idi ki, onları xilaskar hesab edirdilər. Müstəqilliyimizin əleyhinə olan Sovet xadimlərinə məxsus nümunələrin bir qismi aradan qaldırılsa da, bir qismi hələ də qalır. Fikrimcə, bunlar aradan qaldırılmalıdır. Xüsusilə indi məsələ daha aktualdır, çünki SSRİ-nin himnini, bayrağını bərpa etməyə çalışırlar, Moskvadan bu barədə çoxlu səslər eşidilir. Azərbaycanda da müstəmləkəyə alışmış şəxslər SSRİ-nin bərpasına dəstək verirlər. Ona görə də ictimai şüura təsir edə biləcək belə nümunələri yığışdırmaq lazımdır”.

Xəbərlər