Cəmiyyət 6 İyun 2022, 18:12 | Baxış sayı: 221
“Ola bilsin ki, Taleh Bağırzadə öz istəyinə nail olmaq üçün polis əməkdaşlarına qarşı hər hansı bir ittiham irəli sürür".

“Azərbaycada din dövlətdən ayrıdır. Amma buna baxmayaraq, dövlət dini münasibətlərin inkişafı üçün hər cür şərait yaradır. Müsəlman Biriliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə polis orqanları əməkdaşları tərəfindən Allahın təhqir edildiyini bildirib və aclıq aksiyasına başlayıb. Taleh Bağırzadənin bu ifadəsini əsassız sayıram. Çünki harada işləməsindən asılı olmayaraq, ölkəmizdə hər bir insanın Allaha bağlılığı var. Heç kim Allahı və Allahın qoyduğu yolu təhqir edə bilməz, buna inanmıram. Əsassız bir iddia olduğunu hesab edirəm”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov deyib.

“Ola bilsin ki, Taleh Bağırzadə öz istəyinə nail olmaq üçün polis əməkdaşlarına qarşı hər hansı bir ittiham irəli sürür. Bəlkə də, bu insanın nəsə bir istəyi var. İnanmıram ki, polis əməkdaşları Allaha qarşı Allahsızlıq etsinlər. Bunun ola biləcəyini qətiyyən düşünmürəm. Əgər konkret belə bir fakt varsa, müvafiq orqanlara əsaslandırılmış şəkildə müraciət edilməlidir. Fakt yoxdursa, Taleh Bağırzadənin belə bir söz deməsini düzgün hesab etmirəm”, - deputat bildirib.

Xəbərlər