"Ödənişli yollarda avtomobili saxlamaq təhlükəlidir, saxlamaq yerləri tikilməyib"
Plenar iclaslar
15 Mart 2024, 15:40 | Baxış sayı:
206
Çox yüksək standartlara uyğun ödənişli yol tikilib istifadəyə verilib.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib.
Deputat deyib ki, ödəniş haqqı ilə bağlı müxtəlif fikirlər olsa da, yolun rahatlığından hamı razıdır: “Lakin yolun kənarında yol boyu dayanıb istirahət etməyə və ya yaranmış bir nasazlığı aradan qaldırılması üçün avtomobili saxlamaq yerləri tikilməyib. Yol sürətli olduğundan kənarında avtomobil saxlayıb gözləmək çox təhlükəlidir. Ona görə də ödənişli yolun hər iki tərəfində dayanacaq yerlərinin tikilməsini təklif edirəm”.
apa.az