Ümumi, Siyasət 22 Sentyabr 2023, 15:33 | Baxış sayı: 188
"Nömrələrin verilməsinin şəffaflaşdırılması barədə təklifimi bəziləri Ramiz Zeynalova qarşı yönəlibmiş kimi yayımlayıblar"

Avtomobil nişanlarının verilməsinin şəffaflaşdırılması barədə təklifimi bəzi saytlar Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova qarşı yönəlibmiş kimi yayımlayıblar. Bunu qətiyyətlə rədd edirəm. Heç vaxt şəxsi mövqedən qisas almaq, heyif çıxmaq, münasibət bildirmək kimi fikrim olmayıb. Məni tanıyanlar bunu yaxşı bilirlər. Ramiz Zeynalova da çox dərin hörmətim var. O, öz peşəsinin ustasıdır, işi bacarıqla təşkil edir, səriştəli kadrdır”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib. 

 

“Əksinə, Ramiz Zeynalov kimi kadrlarımızın, həkimlərimizin, müəllimlərimizin və müəyyən kateqoriyadan olan insanların pensiya yaşından sonra da əmək müqaviləsi əsasında daha uzunmüddətli işləməsi haqda qanunvericilikdə dəyişiklik edilməsini təklif etmişəm. Fikirlərim heç vaxt konkret şəxsə qarşı yönəlmir. Pensiya yaşının azaldılması barədə təklifim isə ən çox fiziki işdə çalışanlara aiddir. Biz pensiya yaşı çatmış şəxslərin ya pensiyaya çıxmasına, ya öz işində qalmasına, ya da bu iki variant arasında sərbəst seçim etməsinə şərait yaratmalıyıq”, - deputat deyib. 

pravda.az

Xəbərlər