Plenar iclaslar 16 Dekabr 2022, 13:19 | Baxış sayı: 170
“Niyə vətəndaş qaz çəkməlidir?!”

“Ölkə ərazisində qazlaşma prosesi yekunlaşmalıdır. Seçicilərlə görüşə biz gedirik, qurumlar seçicilərə cavab vermir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Qənirə Paşayeva bildirib.

 

Q.Paşayevanın sözlərinə görə, Tovuz rayonunda elə kəndlər var ki, qonşuda qaz yanır, amma qarşı evə qaz verilmir: “Tovuzda 2 781 evə ümumiyyətlə hələ qaz verilmir. Cavabdeh qurum deyir ki, vətəndaş özü qazı çəksin. Niyə vətəndaş qaz çəkməlidir?! İcra hakimiyyəti də, deputat da Baş nazirə, aidiyyəti qurumlara məktub yazıb, amma məsələyə baxılmır. Təklif edirəm ki, bu sahəyə cavabdeh qurumlar gəlib Milli Məclisdə cavab versinlər. Aidiyyəti qurumları parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinə dəvət edək”.

Xəbərlər