Cəmiyyət 14 Yanvar 2022, 16:05 | Baxış sayı: 230
"Niyə görə sosial şəbəkələrdə təhqir edilən zaman tədbir görülmür?"

"Dünyada, eləcə də Azərbaycanda sosial şəbəkələrin mətbuata aid olub-olmaması dəqiq müəyyən edilməyib. Yəni, bu barədə olduqca əks və rəngarəng fikirlər var. Maraqlısı budur ki, insanlar real həyatda bir-birilərini təhqir edəndə onlar barəsində tədbir görülür, məsuliyyətə cəlb edilirlər. Lakin bu, niyə görə sosial şəbəkələrdə təhqir edilən zaman tətbiq edilmir?"

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat bildirib ki, sosial şəbəkələri nəzarətdə saxlamaq çətindir: "Misal üçün, bir saat içində əgər ölkədə min nəfər status paylaşarsa, onlardan 100-də təhqir və ya böhtan elementi tapmaq olar. Bu baxımdan, çox sayda belə statusu əhatə etmək çətindir. Ona görə də maarifçilik baxımından təbliğat işi aparılmalıdır. Üstəlik, kimsə təhqir olunubsa və yaxud da onun şəxsi həyatı ilə bağlı məlumatlar sosial şəbəkələrdə paylaşılıbsa, hesab edirəm ki, həmin şəxslərin şikayətlərinə məhkəmə tərəfindən baxılmalıdır".

Xəbərlər