İctimai Dinləmə 29 Noyabr 2023, 17:16 | Baxış sayı: 208
“Nikaha girən gənclər narkoloji müayinədən keçməlidir”

“Nikaha girən gənclər narkoloji müayinədən keçməlidir”.

Bunu deputat Kamilə Əliyeva parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Deputat qeyd edib ki, bu, həm də narkomaniya ilə mübarizədə təbliğat xarakteri daşıya bilər: “Artıq narkomaniyaya qurşanan gənc biləcək ki, bu, onun gələcək taleyinə maneə yarada bilər. Bundan əlavə, məktəblilərin ölüm faktı artıb. Onlar ürək çatışmazlığı və bir sıra xəstəliklərdən dünyasını dəyişir. Etiraf edək ki, bu gün dispanserizasiya formal xarakter daşıyır və həmin mexanizmə yenidən baxılmalıdır”.

report.az

Xəbərlər