Siyasət 20 Sentyabr 2023, 18:14 | Baxış sayı: 106
"Nəhayət, böyük xarici dayaqları olmasına baxmayaraq, separatçıların bel sütununu sındıra bildik"

Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli Azərbaycan xalqına təbrik ünvanlayıb.

 

“Əziz Azərbaycan xalqı! Azərbaycan Respublikasının Müzəffər Ordusu Ali Baş Komandanın rəhbərliyi altında 24 saat ərzində Qarabağda yerləşmiş Ermənistan dövlətinin uzantıları olan 10 minlik ordunu məğlub etdi. Bu ordu bütün silahları yerə qoyaraq postları tərk etməyə başladı. Eyni zamanda razılığa gəlindi ki, bütün hərbi silahları təhvil verəcəklər. 21 sentyabr tarixində Yevlaxda Azərbaycan tərəfi ilə görüş olacaq. Beləliklə, Azərbaycan dövləti öz müstəqilliyi, dövlət suverenliyi, ərazi bütövlüyünün bərpası istiqamətində çox böyük qələbə qazanmış oldu. Bu qələbə Azərbaycan xalqının həsrətlə gözlədiyi gündür. Bu möhtəşəm qələbə münasibətilə bütün Azərbaycan xalqını, Vəhdət Partiyasının üzvlərini ürəkdən təbrik edirəm. Bu sevinc bölüşülməlidir. Tarixi günlər yaşadıq. Vətən müharibəsindən sonra bir neçə dəfə uğurlu əməliyyatlar keçirildi. Nəhayət, böyük xarici dayaqları olmasına baxmayaraq, separatçıların bel sütununu sındıra bildik. Bir daha hər kəsi ürəkdən təbrik edirəm, var olun!” 

pravda.az

Xəbərlər