Plenar iclaslar 30 May 2023, 16:47 | Baxış sayı: 84
"Nə üçün biz xalqın ziyanına olan qərarlar veririk?"

Azərbaycanda pensiya yaşının 65 olması heç kim tərəfindən qəbul olunmur, bunu deputat Tahir Kərimli Milli Məclisin mayın 30-da keçirilən iclasında çıxışı zamanı deyib.

 

"Ümumi baxsaq, Azərbaycan MDB məkanında ən çox pensiya yaşı tətbiq edən ölkədir. Nə üçün biz xalqın ziyanına olan qərarlar veririk?. Təklif edirəm ki, kişilər 62, qadınlar isə 59 yaşında pensiyaya çıxsın. Üç uşağı olan analar isə 55 yaşında pensiya almaq imkanına malik olsun. Bu məsələnin üstündə ciddi durmaq lazımdır", - deputat bildirib.

 

Deputat təklif edib ki, iş ştajı da 25 ildən 15 ilə çatdırılsın.

 

Hazırda Azərbaycanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün isə 1 iyula kimi 63 yaş müəyyən olunub. Qadınların pensiya yaşı 2026-ci ilə qədər 6 ayan bir qaldırılması nəzərdə tutulub./Anews.az

Xəbərlər