Plenar iclaslar, Qanun Layihələri 20 Dekabr 2021, 15:16 | Baxış sayı: 280
“Nə dövlət qoruqlarının, nə milli parkların hüquqi rejiminə dair Azərbaycanda qanun var”.

“Nə dövlət qoruqlarının, nə milli parkların hüquqi rejiminə dair Azərbaycanda qanun var”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat təklif edib ki, bununla bağlı qanun hazırlansın: “Ya bunu özümüz hazırlayaq, ya da hökumət göndərsin. Digər tərəfdən, hazırda Azərbaycanda dövlət qurumlarında nəsillərin tarazlanması prosesi gedir. Amma bütün sahələrdə bu, hamar formada özünü biruzə vermir. Bizə göndərilən qanun layihələrində çatışmazlıqlar olur. Ədliyyə Nazirliyi yanında Qanunvericilik Baş İdarəsi var. Baş İdarənin əsas vəzifəsi mövcud qanunların yeni qəbul edilmiş qanunlara uyğunluğunu təmin etməkdir. Bir çox halda Baş İdarənin də rəyləri nəzərə alınmır. Bu işlə məşğul olan institutun yaradılmasına nail olsaq, bu, Milli Məclisin adı ilə qalar. Bunun üçün Prezidentə müraciət edək. Rusiyada Nazirlər Kabineti yanında, Ukraynada Rada yanında, Qazaxıstanda Ədliyyə Nazirliyi yanında Qanunvericilik institutu var. Biz də bu institutu ya Prezdent, ya Nazirlər Kabineti, ya Milli Məclis, ya da Ədliyyə Nazirliyi yanında yaradaq. Belə institutun yaradılmasına son dərəcə ehtiyac var. Bununla bir çox problemi həll edib, çözə bilərik”.

Sədr Sahibə Qafarova isə təklif edib ki, bu məsələ ilə bağlı komitədə Əli Hüseynli ilə məsləhətləşmələr aparılsın.

Xəbərlər