daxili siyasət 5 Yanvar 2023, 13:56 | Baxış sayı: 150
“Müəyyən dairələr Qarabağdakı aksiyaya kölgə salmağa, müxtəlif qarayaxma aparmağa çalışırlar”

“Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəallar, vətəndaş cəmiyyətinin üzvləri, könülü gənclərimiz, bir çox təbəqələrin nümayəndələrinin iştirakı ilə keçirilən aksiyanın məqsədi yalnız və yalnız Azərbaycanın haqlı tələbini dünyaya çatdırmaq, erməni vandalizminə son qoymaq, bununla da dünya birliyinin diqqətini Qarabağa yönəltməkdir. Bəzən görürük ki, müəyyən dairələr bu aksiyaya kölgə salmağa, müxtəlif qarayaxma aparmağa çalışırlar. Əlbəttə, bütün bunlar milli birliyimizə zərbə vurmaq niyyəti daşıyır. Bu qüvvələr yalnız və yalnız çalışırlar ki, aksiya iştirakçılarını ruhdan salsınlar.  Bu, heç vaxt alınmayacaq. Artıq 20 gündən çox davam edən dinc aksiyada iştirakçılar qarşıya qoyduqları hədəflərə çatmaq üçün axıra kimi gedəcəklər...”

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Cavid Osmanov Şuşa-Xankəndi yolundakı aksiya barədə danışarkən deyib.

 

Deputat vurğulayıb ki, gündən-günə aksiya iştirakçılarının sayında artım müşahidə edilir: “Bu, Azərbaycan xalqının haqlı tələbi, eyni zamanda milli birliyimizin təntənəsidir. Bu gün dünya azərbaycanlılarının ürəyi məhz Qarabağda dinc askiyada iştirak edən soydaşlarımızın yanındadır...”

Xəbərlər