Cəmiyyət 28 Mart 2022, 12:03 | Baxış sayı: 245
"Müxalifətin bir qrup nümayəndəsi Fərrux üzərində nəzarəti bərpa etməyimizə də sevinmirlər".

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli şər-böhtan ataraq hər zaman Azərbaycanı pisləyib. O, bununla özünün siyasi meydanda olduğunu göstərməyə çalışır. Fərrux kəndi ilə bağlı Azərbaycan dövlətini ittiham etməsi də bunun nümunəsidir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat qeyd edib ki, Əli Kərimli Rusiya Müdafiə Nazirliyinin məlumatından sonra Azərbaycan hökumətini ittiham edərək "arxasında dura bilmədiyiniz addımlar atırsız" deməkdə tələsib: “Əlbəttə, sonra məlum oldu ki, Fərrux kəndi Azərbaycan Ordusunun nəzarəti altındadır. Müxalifətin bir qrup nümayəndəsi, xüsusilə də AXCP sədri Əli Kərimli obyektiv münasibət sərgiləmir. Onlar 44 günlük Vətən müharibəsində bizim uğurlarımıza sevinmədikləri kimi, bu gün Fərrux üzərində nəzarəti bərpa etməyimizə də sevinmirlər. Yəni, Rusiyanın mövqeyini dəstəkləyən status məhz bu səbəbdən yazılıb”.

Xəbərlər