Cəmiyyət 28 Mart 2022, 12:30 | Baxış sayı: 183
“Müttəfiqimiz Rusiyanın Müdafiə Nazirliyinin özünü SSRİ-nin Müdafiə Komissarlığı kimi aparması təəssüf doğurur".

“Müttəfiqimiz Rusiyanın Müdafiə Nazirliyinin özünü SSRİ-nin Müdafiə Komissarlığı kimi aparması təəssüf doğurur. Ola bilsin, son bir ayda baş verənlər fonunda Müdafiə Nazirliyinin rəsmiləri reallıq hissini itirib, amma, bu o demək deyil ki, ard-arda feyk xəbərlər yaymaqla, yaxud, toponimləri ağzını əyərək tələffüz etməklə kimsə Qarabağda nəyisə dəyişə bilər. Bütün dünya bu torpaqları Azərbaycanın ərazisi kimi tanıyır, o cümlədən Prezident Putin bununla bağlı dəfələrlə bəyanat verib”.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.

B.Məhərrəmov qeyd edib ki, Azərbaycan əsgəri də öz torpağındadır, bu gün Fərruxda qərarlaşıb, sabah Xocalıda, o biri gün də başqa istqamətdə mövqe tutmaqda sərbəstdir: “Bizim bu ərazilərdəki fəaliyyətimizlə əslində 10 noyabr Bəyanatının icra olunmayan şərtini sülhməramlıların əvəzinə özümüz yerinə yetirməyimiz əslində qarantor kimi həm də  Rusiyanı öz milli maraqlarına cavab verir. Biz həmişə müttəfiqimizə hörmətlə yanaşmışıq, bundan sonra da ehtiramımız sonsuzdur, amma yaxşı olar ki, RF Müdafiə Nazirliyi də müttəfiqlik münasibətlərimizə zidd davranaraq bizə nəsə öyrətmək niyyətindən əl çəkib heç deyilsə, öz Ali Baş Komandanının imzasına hörmətlə yanaşmağı öyrənsin”.

Xəbərlər