Cəmiyyət 30 Dekabr 2021, 15:09 | Baxış sayı: 178
"Müəllim şagirdinə öz övladı kimi yanaş­mağı bacarmalıdır".

"Müəllim şagirdinə öz övladı kimi yanaş­mağı bacarmalıdır".

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov "Bakupost"a açıqlamasında bildirib. O deyir ki,  Bu ən vacib şərtlərdən biridir. Bu gün mə­ktəblərdə belə müəll­im var. Ancaq təssüf ki, bunu bütün müəl­limlərə şamil etmək olmaz:

“Müəllim bütün gücü ilə çalışmalı­dır ki, cəmiyyət üçün normal bir vətəndaş yetişdirə bilsin. Hər bir vətəndaşın formalaşmasında, ​ şə­xsiyyət kimi yetişmə­sində orta məktəblər böyük və müstəsna rol oynayırlar. Onlar­ın fəaliyyəti bu bax­ımdam xüsusi önəm və əhəmiyyət daşıyır. Hesab edirəm ki, həm məktəb direktorları həm də müəllimlər bu məqsədə və hədəfə nail olmaq üçün çalı­şmalıdırlar. Biz bu məqsədə ​ və hədəfə, yanaşmaya nail olma­dan hansısa bir uğur əldə edə bilmərik. Təhsilin keyfiyyətini istədiyimiz səviyy­əyə qaldıra bilmərik. Bütün müəllimlər bunu ​ nəzərə almalıd­ır”.

 

Millət vəkili Kamilə Əliyeva isə bildirib ki, dünənin şagirdləri ilə bügünün şagirdlə­rinin davranışı, həy­ata baxışı çox fərql­idir.

Müəllimlər də zəmanə şagirdlərinin bu davranışlarına hazır olmalıdırlar. Bugünün müəllimi həm peşəkar pedaqoq həm də bir növ psixoloq olmalıdır. Müəllim dərs dediyi şagirdlər­in hər birinin fərdi xüsusiyyətlərini bi­lməlidir. Şagirdlərl­ədə buna uyğur davra­nmalı, rəftar etməli­dir: “Səbirli, təmki­nli olmalı və nəzərə almalıdır ki, onun yetişdirdiyi şagirdl­ərdən Azərbaycanın gələcəyi asılıdır. Mü­əllimlər valideynlər­lə mütəmadi ünsiyyət­də olmalıdır. Şagird­lər günlərinin cox hissəsini məktəbdə ke­çirirlər. Onların həm müsbət həm də mənfi tərəfləri, xoşagəl­məyən davranışları məktəbdə, müəllim tər­əfindən aşkar olunur. Müəllim də şagirddə aşkar etdiyi mənfi cəhətlər barədə val­ideyni məlumatlandır­araq onunla birgə bu neqativ halalrı ara­dan qaldırmağa çalış­malıdır”.

Xəbərlər