"Müəllim şagirdinə öz övladı kimi yanaşmağı bacarmalıdır".
"Müəllim şagirdinə öz övladı kimi yanaşmağı bacarmalıdır".
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov "Bakupost"a açıqlamasında bildirib. O deyir ki, Bu ən vacib şərtlərdən biridir. Bu gün məktəblərdə belə müəllim var. Ancaq təssüf ki, bunu bütün müəllimlərə şamil etmək olmaz:
“Müəllim bütün gücü ilə çalışmalıdır ki, cəmiyyət üçün normal bir vətəndaş yetişdirə bilsin. Hər bir vətəndaşın formalaşmasında, şəxsiyyət kimi yetişməsində orta məktəblər böyük və müstəsna rol oynayırlar. Onların fəaliyyəti bu baxımdam xüsusi önəm və əhəmiyyət daşıyır. Hesab edirəm ki, həm məktəb direktorları həm də müəllimlər bu məqsədə və hədəfə nail olmaq üçün çalışmalıdırlar. Biz bu məqsədə və hədəfə, yanaşmaya nail olmadan hansısa bir uğur əldə edə bilmərik. Təhsilin keyfiyyətini istədiyimiz səviyyəyə qaldıra bilmərik. Bütün müəllimlər bunu nəzərə almalıdır”.
Millət vəkili Kamilə Əliyeva isə bildirib ki, dünənin şagirdləri ilə bügünün şagirdlərinin davranışı, həyata baxışı çox fərqlidir.
Müəllimlər də zəmanə şagirdlərinin bu davranışlarına hazır olmalıdırlar. Bugünün müəllimi həm peşəkar pedaqoq həm də bir növ psixoloq olmalıdır. Müəllim dərs dediyi şagirdlərin hər birinin fərdi xüsusiyyətlərini bilməlidir. Şagirdlərlədə buna uyğur davranmalı, rəftar etməlidir: “Səbirli, təmkinli olmalı və nəzərə almalıdır ki, onun yetişdirdiyi şagirdlərdən Azərbaycanın gələcəyi asılıdır. Müəllimlər valideynlərlə mütəmadi ünsiyyətdə olmalıdır. Şagirdlər günlərinin cox hissəsini məktəbdə keçirirlər. Onların həm müsbət həm də mənfi tərəfləri, xoşagəlməyən davranışları məktəbdə, müəllim tərəfindən aşkar olunur. Müəllim də şagirddə aşkar etdiyi mənfi cəhətlər barədə valideyni məlumatlandıraraq onunla birgə bu neqativ halalrı aradan qaldırmağa çalışmalıdır”.