"Müdafiə sahəsinə ayrılan büdcə daha da artırılsın".
"Müdafiə Nazirliyi bu gün cəbhədə vəziyyətin yenə gərginləşdiyinə dair açıqlama yayıb. Bildirilir ki, hərbi əməliyyatlar davam edir. Büdcədə ən çox müdafiə sahəsinə pul ayrılıb. Ancaq əməliyyatların yenə davam etməsinə görə təklif edirəm ki, müdafiə sahəsinə ayrılan büdcə daha da artırılsın".
Modern.az xəbər verir ki, bu fikirləri deputat Elman Nəsirov parlamentdə çıxışı zamanı deyib.
Elman Nəsirli həmçinin təmsil etdiyi Cəlilabad rayonun kəndlərində vəziyyətinin yaxşı olmadığını diqqətə çatdırıb:
“İranla sərhəddəki kəndlər boşalır. Buna yol vermək olmaz. Bu təkcə iqtisadiyyat deyil. O kəndlərdə böyük diqqət ayrılmalıdır. Əhali köçüb şəhərə gəlir. Bəzi kəndlərdə yollar pis gündədir. Şəhərdən kəndə getmək üçün 2 saata yaxın vaxt tələb olunur".