Plenar iclaslar 11 Aprel 2023, 17:31 | Baxış sayı: 223
"Monitorinq keçirilsin, 53 milyon manat hara gedir?"

“Dövlət şəkər xəstəliklərinin müalicəsi üçün 53 milyon manat pul ayırıb. Bu, çox böyük məbləğdir. Səhiyyə komitəsinin sədri hörmətli Əhliman müəllimdən soruşmaq istəyirəm ki, bəlkə, monitorinq keçirsin, bu 53 milyon manat hara gedir? Bilək ki, şəkər dərmanlarına nə qədər xərclənir. Nə üçün dərman xəstəyə verilməsin?”

 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

 

“Hərə Sovet dövründənqalma - rus dilində “knişka” deyərdilər – “knişka”nı qoltuğuna vurub, gəlir həkimin qəbuluna. “Knişka”da xəstənin xəstəlik tarixi və s. yazılıb. Hətta bizdən xeyli çox geridə qalmış dövlətlər artıq elektron sistemə keçib. Sistemdə xəstələrin xəstəlikləri, diaqnozu, qəbul etdikləri dərmanlar və onların təkibi göstərilir. Müvafiq qanunun 9-cu maddəsində məhz şəkər xəstəlikləri ilə bağlı məsuliyyət müəyyən olunması nəzərdə tutulub. 20 il ötüb, amma biz nə cinayət, nə də inzibati qanunvericilikdə heç bir dəyişiklik etməmişik. Problemlərimiz çoxdur”, - T.Kərimli bildirib.

Xəbərlər