"Modernləşməyən dövlət heç zaman rəqabətə tab gətirə bilməz"
"Modernləşməyən dövlət heç zaman rəqabətə tab gətirə bilməz".
Bunu Milli Məclisin deputatı Musa Qasımlı "Böyük millət - güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda keçirilən "dəyirmi masa"da deyib.
Güclü dövlətin ədalətli qanunlarla qurulduğunu bildirən deputat vurğulayıb ki, 1993-cü ildən bu yana Azərbaycanda güclü dövlətin qurulmasının təməli qoyulub.
Onun sözlərinə görə, modernləşməyən dövlət heç zaman rəqabətə tab gətirə bilməz: "Dövlət inkişaf etmirsə, güclü ola və hədəfinə çata bilməz. Xatırlayırsınızsa, 2003-cü ildə Prezident İlham Əliyev demişdi ki, bizim hədəfimiz modernləşməkdir. Yenilənmə həmişə özü ilə inkişaf gətirir. Vətən müharibəsindəki qələbəni Prezident İlham Əliyevin rəhbərliyi ilə millətimiz qazandı. Bizim inkişafımızın əsas səbəbi sabitliyimizin olmasıdır".
Mənbə: report.az