Plenar iclaslar 24 Dekabr 2021, 13:52 | Baxış sayı: 224
"Mənim Fikrət Məmmədova böyük hörmətim var, lakin ölkədə hakimiyyət bölgüsü varsa, buna əməl edilməlidir".

“Məhkəmə-Hüquq Şurasına hökumətin üzvü sədrlik edir. Mənim Fikrət Məmmədova böyük hörmətim var, lakin ölkədə hakimiyyət bölgüsü varsa, buna əməl edilməlidir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat hesab edir ki, Məhkəmə-Hüquq Şurasına hakim rəhbərlik etməlidir: “Fikrət müəllim də, digər hökumət üzvləri də şuranın iclaslarına qatıla bilər”.

Parlamentin komitə sədri Əli Hüseynli isə bildirib ki, Məhkəmə-Hüquq Şurası ilə bağlı fikirlər dəfələrlə söylənilib: “Məhkəmə-Hüquq Şurasının təyinatını Avropanın çox yaxşı modeli hesab edirik. Orada sədr ədliyyə naziridir. Lakin sədr dəyişə də bilir. Qərarların qəbulu isə ancaq hakimlərə aiddir”.

Xəbərlər