Plenar iclaslar 7 Mart 2023, 12:16 | Baxış sayı: 174
“Mən “Ombudsman” adında jurnalın təsis edilməsini təklif edirəm"

“Mən “Ombudsman” adında jurnalın təsis edilməsini təklif edirəm".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Deputat hesab edir ki, bu mətbu orqan vasitəsilə insan hüquqları ilə bağlı pozulmuş hüquqları dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olar.

Onun sözlərinə görə, Ermənistanın işğalçılıq və təcavüz siyasəti, həmçinin Ermənistanda insan hüquqlarının vəziyyətilə bağlı həmin jurnalda məlumatlar dərc edilməlidir.

“Azərbaycan əleyhinə insan hüquqları ilə bağlı hesabatlar hazırlayan və bizə zərbə vuran xarici təşkilatlarla İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyəti gücləndirilməlidir”.

Xəbərlər