“Əmək pensiyaları haqqında” qanunda hərbçilərlə bağlı olan hissəyə aydınlıq gətirilib".
Plenar iclaslar,
Qanun Layihələri
13 May 2022, 14:26 | Baxış sayı:
272
“Əmək pensiyaları haqqında” qanunda hərbçilərlə bağlı olan hissəyə aydınlıq gətirilib. Bu yeni məsələ deyil ”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Deputat bildirib ki, hərbçilərin pensiya məsələsi ilə bağlı 2020-ci ildə Konstitusiya Məhkəməsində də qərar qəbul edilib: “Hərbçilərə verilən əlavələr çoxdur. Hərbi qulluqçu ehtiyata gedəndə, pensiyaya çıxanda işlədiyi dövrdə aldığı əlavələrin cəminin pensiyaya nisbəti və maaşı götürülür. Adam istefaya gedəndən sonra hansısa yeni əlavə təsis olunursa, bu əlavələr artanda keçmiş hərbçiyə bu əlavələr aid edilmir və bu, pensiyada hesablanmır”.