İqtisadiyyat 6 Yanvar 2023, 12:57 | Baxış sayı: 194
"Minimum aylıq əməkhaqqı Azərbaycanda müstəqillik dövrü ərzində ilk dəfə 200 dollarlıq həddi keçib"

“Əhalinin sosial təminatının gücləndirilməsi, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması hər zaman Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin diqqət etdiyi prioritet istiqamətlərdən olub. Ötən gün dövlət başçısının imzaladığı sərəncam əsasında minimum aylıq əməkhaqqının artırılması da bunun əyani sübutudur”. 

 

Ulusal.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki, minimum aylıq əməkhaqqının artırılması Əhalinin sosial rifahının yaxşılaşdırılması ciddi şəkildə təsir göstərəcək.

İqbal Məmmədov dövlət başçısının imzaladığı sərəncam əsasında minimum aylıq əməkhaqqının ciddi şəkildə artdığını da vurğulayıb:

“İndiyə qədər minimum aylıq əməkhaqqı 45 manat səviyyəsində qalxmamışdı. Məlumat üçün qeyd edim ki, ən son minimum aylıq əməkhaqqı dövlət başçısının 17 dekabr, 2021-ci il sərəncamı əsasında 300 manat müəyyən edilmişdi. İndi isə cənab prezidentin sərəncamı ilə bu rəqəm 345 manat müəyyən edildi”. Millət vəkili hesab edir ki, bu bir tərəfdən həyata keçirilən düzgün iqtisadi və sosial siyasətin nəticəsidirsə, digər tərəfdən dövlət büdcəmizin ildən-ilə artmasının göstəricisidir: “Bizim dövlət büdcəmiz sosialyönümlü olduğu üçündür ki, müntəzəm olaraq ölkədə minimum aylıq əməkhaqqı, eləcə də digər sosial yardım və müavinətlər, pensiyalar artırılır”.

Millət vəkili onu da diqqətə çatdırıb ki, dövlət başçısının imzaladığı məlum sərəncam əsasında minimum aylıq əməkhaqqı Azərbaycanda müstəqillik dövrü ərzində ilk dəfə 200 dollarlıq həddi keçib.

Xəbərlər