Siyasət 19 Oktyabr 2023, 13:41 | Baxış sayı: 223
“İnanıram ki, cənab prezident İlham Əliyevlə bundan sonra da müstəqil dövlət olaraq yeni uğurlara və zəfərlərə imza atacağıq”

“Artıq 3 ildir ki, 18 oktyabr – Müstəqillik Gününün Bərpası gününü qalib dövlətin vətəndaşları kimi qeyd edirik”.

Bunu deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, 18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir:

“Belə ki, 32 il əvvəl yəni 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. 3 ildir ki, bütün bayramlar kimi bu günü də tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib dövlətin xalq kimi qeyd edir. Bugünkü dövlət dövlət müstəqilliyimizi ulu öndər Heydər Əliyevə borcluyuq. Əgər ulu öndər Heydər Əliyev xalqımızın istəyi ilə zamanında Azərbaycana qayıtmasaydı bəlkədə bu gün ölkəmiz yenidən hansısa dövlətin müstəmləkəsinə çevrilmişdi”.

Deputat vurğulayıb ki, 1993-cü ildə hakimiyyətə geri qayıdan Ulu Öndər Heydər Əliyev atdığı uğurlu addımlar nəticəində ölkəmizdə hökm sürən xaos və özbaşınalığa son qoyuldu:

“Ümummilli liderimiz Heydər Əliyev o dövrün bütün çətinliklərə baxmayaraq xalqın dəstəyi ilə Azərbaycanı inamla irəliyə apardı. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qıa müddət ərzində ölkədə bütün sahələrin inkişafı üçün lazım olan addımları atdı. Ulu öndər hər zaman xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Bir sözlə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmtləri var. Hələ o dövrdə ulu öndər Heydər Əliyev nə vaxtsa işğal olunmuş torpaqlarımızın geri qaytarılacağına inanırdı. Bunun üçündə güclü ordunun formalaşması mütləq idi. Ulu öndər Heydər Əliyev bugünkü güclü ordunun formalaşması istiqamətində lazım olan bütün addımları atdı. Ümumilli lider Heydər Əliyevin bu istiqamətdə başladığı siyasət 20 il ərzində Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Məhz Ali Baş Komandanın dəmir iradəsi və gələcəyə hesablanmış uğurlu siyasəti nəticəsində bu gün Xocalıda, Xankəndində, Şuşada və işğaldan azad olunmuş bütün şəhər və rayonlarda, qəsəbələrdə Azərbaycan bayrağı dalğalanır. İnanıram ki, bundan sonra da cənab prezident İlham Əliyevlə müstəqil dövlətimiz yeni uğurlara və zəfərlərə imza atacaq”.

sonxeber.az

Xəbərlər