Cəmiyyət, Siyasət 26 Aprel 2021, 18:14 | Baxış sayı: 316
Millət vəkili: "Uydurma erməni soyqırımının Qərb dövlətləri tərəfindən gündəmdə saxlanılması yalnız siyasi məqsədlərə xidmət edir".

Deputat bildirib ki, tarixdən 1915-ci ildə əslində türklərin soyqırıma məruz qalması məlumdur: “Ermənilər xalqımıza qarşı da dəfələrlə kütləvi qırğınlar törədiblər. Bu danılmaz həqiqətdir. Bizlərə qarşı tarix boyunca soyqırım törədildiyi halda, uydurma erməni soyqırımının Qərb dövlətləri tərəfindən gündəmdə saxlanılması yalnız siyasi məqsədlərə xidmət edir. Ermənilərin uydurma iddiaları həmin ölkələr tərəfindən bir alət kimi istifadə olunur”.

Deputat vurğulayıb ki, tarixi saxtalaşdırmaq mümkün deyil: “Türkiyə dövləti rəsmi olaraq həmin dövrlə bağlı arxivlərin açılmasını, ortaq komissiyanın yaradılmasını illər öncə təklif edib. Ermənistan isə arxivlərin açılmasından imtina edib. Bu fakt erməni riyakarlığının nümunəsidir.

Uydurma "erməni soyqırımı"nın bəzi dövlətlər tərəfindən tanınması türkofobiyanın göstəricisidir. Məqsəd bu uydurma məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir. Azərbaycan hər zaman olduğu kimi bu gün də qardaş Türkiyənin yanındadır! Böyük türk xalqını bu cür saxta ittihamlarla zəif düşürmək mümkün deyil”.

Xəbərlər