Cəmiyyət 30 Aprel 2021, 18:00 | Baxış sayı: 302
Millət vəkili şəhid ailələri ilə görüşüb

Axar.az xəbər verir ki, millət vəkili şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb.

Qeyd edilib ki, Elçin 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb. O, Quru Qoşunlarının əsgəri olaraq Vətən müharibəsində Füzuli, Xocavənd döyüşlərində fədakarlıqla döyüşüb.

Elçin Poladov Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

“Şəhid əsgər Elçinin ruhu qarşısında dərin ehtiramla baş əyir, bu cür igid yetişdirən ailə ilə fəxr edirik”, – Q.Paşayeva bildirib.

Hər zaman şəhid ailələrinin yanında olduğunu deyən Q.Paşayeva şəhidin atasına Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

 

Qənirə Paşayeva həm də, Vətən Müharibəsinin şəhid hərbi qulluqçusu Murad Məmməziyad oğlu Kəlbiyevin anası Rübabə Şıxmət qızı Kəlbiyeva ilə görüşübMilli Məclisdə keçirilən görüşdə millət vəkili şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb.

Söhbət zamanı şəhidin döyüş yolu xatırlanıb, onun snayper və kəşfiyyatçı kimi peşəkarlığı ilə seçildiyi, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu bildirilib.

“Murad Kəlbiyev Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. O, həmçinin Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə də təltif edilib.

Murad kimi gənclərimizlə hər zaman qürur duyacağıq!” – millət vəkili bildirib.

Q.Paşayeva şəhidin anasına Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Xəbərlər