Cəmiyyət 23 Aprel 2021, 17:58 | Baxış sayı: 251
Millət vəkili: "Polis orqanları əməkdaşlarının da əmək haqları artırılmalıdır".

Deputat bildirib ki, cinayətkarlığın artım səviyyəsi ilə yoxsulluq arasında birbaşa əlaqə var: “Amma yeganə səbəb bu deyil. Dünyanın ən inkişaf etmiş ölkələrdən biri olan ABŞ-da cinayətkarlığın səviyyəsi, ağır cinayətlərin sayı digər ölkələrdən çoxdur. İnsanlar sırf işsizlikdən cinayət törətmirlər. İnsanlar boşluqlardan faydalanmaq, daha tez varlanmaq istəyirlər”.

Deputat qeyd edib ki, bu yaxınlarda prokurorluq orqanları əməkdaşlarının əmək haqlarının artırılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilib: “Polis orqanları əməkdaşlarının da əmək haqları artırılmalıdır. Ən azı iki dəfə artırılmasına ehtiyac var. Qarşıda büdcənin hazırlanması işləri gəlir. Aidiyyəti dövlət orqanları yəqin ki, bu məsələni nəzərə alar. Çünki polis orqanları ölkədə ən az maaş alan qurumlardan biridir. Xoşagəlməz halların da bir çoxu maaş azlığından yaranır”.

Xəbərlər