Millət vəkili: "Paradın keçirilməsi sülhməramlı missiyasına aid olmayan bir hərəkətdir və Azərbaycan qanunlarına hörmətsizlikdir".

Milli Məclisin deputatı Elman Məmmədov: "Rusiya sülhməramlılarının Azərbaycan ərazisində hərbi parad keçirməsi özbaşınalıqdır. Paradın keçirilməsi sülhməramlı missiyasına aid olmayan bir hərəkətdir və Azərbaycan qanunlarına hörmətsizlikdir. Ermənilər Xocalını işğal edəndə tək olmayıblar. Xocalını Rusiyaya məxsus 366-cı motoatıcı alayın bütün canlı qüvvəsi və hərbi texnikası ilə işğal ediblər. Orada da cəhənnəmə vasil olan İvan adlı tank komandiri vardı. Ermənilər Xocalının adını dəyişdirib onun şərəfinə İvanyan qoyublar. Yəqin ki, İvanyan adının şərəfinə rus sülhməramlıları orada hərbi parad keçirmək niyyətindədirlər.
Yaxşı olar ki, Azərbaycan Ordusunun həm Şuşada, həm də Ağdamda olan güclü qüvvələri də Xocalıya keçib ruslarla birlikdə orada yerləşsinlər. Desinlər ki, “gəlmişik parada baxmağa.
Əgər Rusiya sülhməramlıları parad keçirmək istəyirsə, bunu gedib öz ölkələrində təşkil etsinlər. Sülhməramlıların Monitorinq mərkəzi Ağdamdadır, orada keçirsinlər. Nəyə görə parad Xocalıda olmalıdır? Bu, bir növ Azərbaycanı qıcıqlandırmaq və hörmətsizlikdir. Hesab edirəm ki, bunun cavabı dövlət rəhbərliyi tərəfindən rəsmi qayda da veriləcək. Sülhməramlıların bu hərəkət qeyri-qanunidir və qarşısı alınmalıdır. Rusiya sülhməramlıları bizim ərazimizdədir və bizim qanunlarımıza hörmətsizlik edir. Parad keçirməyə belə çox həvəslidirlərsə, Suriya və Liviyada da rus hərbi kontingenti var, onda orada da keçirsinlər”.