Ümumi 7 Aprel 2021, 15:06 | Baxış sayı: 313
Millət vəkili mədəniyyət sahəsində çalışan xanımlarla görüşüb

Redaktor.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup yaradıcı, ictimai fəal xanımla görüşüb, onlarla mədəniyyətyönümlü müxtəlif layihələr, o cümlədən Azərbaycan, ümumən Türk dünyası mədəni irsi ilə bağlı kitab layihələri barədə fikir mübadiləsi aparıb. 

Mədəniyyət İli kimi xarakterizə olunan 2021-ci il içində keçirilməsi planlaşdırılan festivallar, habelə yubuileyi bu ilə düşən klassiklərin yubileyinin qeyd olunmasında ziyalı xanımların, elm və mədəniyyət xadimlərinin üzərinə düşən mənəvi vəzifələr yönündə də fikir mübadiləsi aparılıb.

Qonaqlara Qarabağ motivli xatirə hədiyyələri təqdim olunub.

Xəbərlər