Cəmiyyət 27 Aprel 2021, 13:32 | Baxış sayı: 292
Millət vəkili: "İnsanlar vaksin olunmaq istəmir? Ya nədir bunun səbəbi?! Yaş həddini bəlkə aşağı salmalıyıq".

Deputat bildirib ki, Prezident eyni zamanda koronavirus pandemiyası ilə mübarizə tədbirlərindən, peyvəndlərin bölgüsündəki ədalətsizlikdən danışıb: “Dünyanın inkişaf etmiş ölkələri vaksinlərin hazırlanması formulunu açıqlamır. Bundan pul qazanmaq istəyən dövlətlər, insanlar var. Bu, təəssüf doğurur. Vaksin istehsal edən ölkələr formulu açıqlamaqla da pul qazana bilər. Azərbaycan bununla bağlı beynəlxalq qurumlara müraciət etsə, yaxşı olar. Dünən 365 nəfər vaksin olub. Onun 3 nəfəri isə ikinci mərhələdə vaksin olunandı. Bu məsələni diqqətdə saxlamalıyıq. İnsanlar vaksin olunmaq istəmir? Ya nədir bunun səbəbi?! Yaş həddini bəlkə aşağı salmalıyıq. Hələ vaksinlərlə bağlı ilkin iş aparıldığı dövrlərdə səhiyyə qurumları deyirdi ki, dünyanın aparıcı ölkələri ilə vaksin almaqla bağlı danışıqlar aparır. Amma sonra gördük ki, bu, belə deyilmiş. Yaxşı olardı ki, Milli Məclisdə bununla bağlı dinləmə keçirilsin”.

Deputat Fəzail Ağamalı qeyd edib ki, ölkədə vaksinləmə prosesi çox ləng gedir.

Deputat Əhliman Əmiraslnaov isə bildirib ki, heç bir ölkədə vaksinləmə məcburi deyil, bu proses könüllü həyata keçirilir.

Xəbərlər