Millət vəkili Eldəniz Səlimovun polisi döydüyü bildirilir.
Cəmiyyət
29 İyul 2021, 15:58 | Baxış sayı:
345
Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döydüyü bildirilir.
Xaçmaz sakinləri bildirir ki, hadisə dünən Nabranda baş verib.
Sakinlərin sözlərinə görə, deputat sərxoş olub və istirahət mərkəzlərinin birində Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkərək ona xəsarət yetirib.
Hazırda polis əməkdaşı işə çıxmır.
Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş ediblər.