Cəmiyyət, Siyasət 23 Aprel 2021, 15:31 | Baxış sayı: 336
Millət vəkili "Azərbaycan artıq dünya masştabında söz sahibi olan dövlətə çevrilib".

Deputat bildirib ki, Azərbaycan artıq dünya masştabında söz sahibi olan dövlətə çevrilib: “Bunu həzm edə bilməyən dövlətlər çoxdur. Ermənistan və onların havadarları Hərbi Qənimətlər Parkını hədəf alır, Vətən müharibəsindən sonra bizim torpaqlara keçən diversantları hərbi əsir kimi dünyada təqdim etməyə çalışır. Postmüharibə dövründə Azərbaycan bölgədə uzunmüddətli sülhün, əmin-amanlığın bərpa olunmasının tərəfdarıdır. Bu günlərdə AŞPA-da da bu məsələylə bağlı müxtəlif parlamentarilər Azərbaycana qarşı qərəzli, böhtanlı fikirlər səsləndiriblər. Nümayəndə heyətimiz onların tutarlı cavabını verib”.

Xəbərlər