Ümumi 3 İyul 2021, 14:44 | Baxış sayı: 196
Milli Məclisinin İntizam komissiyasında barəsində araşdırma aparılan deputatın hüquq və vəzifələri müəyyənləşir.

Milli Məclisinin İntizam komissiyasında barəsində araşdırma aparılan deputatın hüquq və vəzifələri müəyyənləşir.

Layihəyə əsasən, İntizam komissiyasında barəsində araşdırma aparılan deputatın aşağıdakı hüquq və vəzifələri nəzərdə tutulur:

- barəsində daxil olmuş müraciətlər və təqdimatlar, habelə aşkar edilmiş məlumatlar haqqında ən geci 1 gün iş günü müddətində xəbərdar edilmək;

- barəsində aparılan araşdırma ilə bağlı İntizam komissiyasının iclasının günü və saatı haqqında iclasından başlanılmasından ən geci 3 iş günü əvvəl xəbərdar edilmək;

- İntizam komissiyasının iclaslarında iştirak etmək;

- müvafiq sənədlər və materiallarla tanış olmaq, onlardan çıxarışlar etmək, etirazını bildirmək, suallar vermək, çıxış etmək, öz dəlil və mülahizələrini şifahi və ya yazılı şəkildə təqdim etmək;

- izahat vermək;

- İntizam komissiyasının qərarlarının və rəylərinin surətini almaq;

- “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda, Daxili Nizamnamədə və bu Əsasnamədə göstərilən digər hüquqları müvafiq sahədə həyata keçirmək;

İntizam komissiyasında barəsində araşdırma aparılan deputat “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunlarda, Daxili Nizamnamədə və bu Əsasnamədə göstərilən vəzifələri müvafiq sahədə yerinə yetirir.

İntizam komissiyasında barəsində araşdırma aparılan deputatın İntizam komissiyasının və komissiyada baxılmış məsələlərlə əlaqədar keçirilən Milli Məclisin iclasında iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır.

İntizam komissiyasında barəsində araşdırma aparılan deputatla komissiyanın üzvü (üzvləri) arasında şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda deputat komissiyanın həmin üzvünə (üzvlərinə) yazılı və ya şifahi şəkildə əsaslandırılmış etiraz etməlidir.

Xəbərlər