KOMİTƏ İCLASLARI 14 Sentyabr 2021, 14:43 | Baxış sayı: 309
Milli Məclisin payız sessiyasında ailə, qadın və uşaq hüquqları ilə bağlı müzakirələr təşkil ediləcək.

Milli Məclisin payız sessiyasında ailə, qadın və uşaq hüquqları ilə bağlı müzakirələr təşkil ediləcək.

Bu barədə APA-ya parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Ramin Məmmədov məlumat verib.

Deputat bildirib ki, Ailə, qadın və uşaq hüquqları ilə bağlı müxtəlif qanun layihələrinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı aidiyyəti komitələrlə müzakirələrin təşkil edilməsi komitənin 2021-ci il payız sessiyası üçün qanunvericilik iş planına daxil edilib.

Qeyd edək ki, komitənin 17 sentyabrda keçiriləcək iclasının gündəliyinə 4 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci ilin yaz və növbədənkənar sessiyası ərzində gördüyü işlər barədə hesabatı.

2. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planının layihəsi.

3. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

4. Cari məsələ.

Xəbərlər