Plenar iclaslar, Qanun Layihələri 27 Dekabr 2021, 13:04 | Baxış sayı: 234
"Milli Məclisin müvafiq komitəsinin adında “Qadın” sözü yer alır. Bu, gender məsələlərini nə dərəcə əhatə edir?"

Deputat Rəşad Mahmudov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin adından “Qadın” sözünün çıxarılmasını təklif edib.

APA-nın veridiyi məlumata görə, R. Mahmudov bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı”nın müzakirəsi zamanı çıxış edib.

O qeyd edib ki, Milli Məclisin müvafiq komitəsinin adında “Qadın” sözü yer alır: “Bu, gender məsələlərini nə dərəcə əhatə edir?”

Xəbərlər