Ümumi 5 İyun 2021, 14:24 | Baxış sayı: 184
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu Ankaraya səfərə yola düşür.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan parlamentinin nümayəndələri TBMM-də fəaliyyət göstərən bir sıra komitələrdə deputat həmkarları ilə görüşəcək, fikir və təcrübə mübadiləsi aparacaqlar.

Milli Məclis üzvlərinin Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu, Təhsil naziri Ziya Selçuk, Səhiyyə naziri Fahrettin Koca ilə də görüşləri nəzərdə tutulub. Görüşlərdə qarşılıqlı səfərlərin intensivləşməsi, beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın davam və inkişaf etdirilməsi və digər məsələlər müzakirə olunacaq.

Səfər iyunun 11-də başa çatacaq.

Xəbərlər