Cəmiyyət 9 Dekabr 2021, 15:09 | Baxış sayı: 471
Milli Məclisdə “Media haqqında” qanun layihəsi müzakirə ediləcək.

• Qanun layihəsinə əsasən, “jurnalist anlayışı” xidmət müqaviləsi əsasında işləyən jurnalistləri əhatə edəcək.

• Layihəyə əsasən, İnternet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.

• “Media haqqında” qanun layihəsi həm sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətini tənzimləməyəcək.

• Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmayacaq.

"Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır"

 

Xəbərlər