Plenar iclaslar 26 Aprel 2022, 14:11 | Baxış sayı: 225
Milli Məclisdə bağçaların yoxlanılmasını təklif edilib

“Dövlət tərəfindən məktəbəqədər təhsil müəssisələri tikilir”.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, bu təhsil müəssisələrinin fəaliyyətində səmərəlilik tam olaraq təmin edilməyib: “Hər bir uşaq bağçasında 12 qrup fəaliyyət göstərməli olsa da, burada 8 qrup fəaliyyət göstərir. Nəticədə bizim uşaqlarımız bu təhsil müəssisələrindən istifadə edə bilmir. Hesablama Palatasının sədrindən xahiş edirəm ki, Təhsil Nazirliyi ilə hər hansı auditin keçirilməsi və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin təmin edilməsi üçün onlara lazımi tövsiyələr versin”.

Xəbərlər