Milli Məclis 16 Noyabr 2022, 17:37 | Baxış sayı: 290
"Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul edib"

Milli Məclisin Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə bağlı hazırladığı bəyanat qəbul edilib.

"Report"un xəbərinə görə, bəyanatın mətnini deputat Ramin Məmmədov oxuyub.

Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildiyi təqdirdə, onlar dondurula bilər.

Milli Məclis Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq Azərbaycan hökumətinə bununla bağlı tədbirlərin görülməsi üçün çağırış edib. 

Bəyanat səsverməyə qoyularaq qəbul olunub.

Bəyanatın lehinə 95, əleyhinə isə 1 deputat səs verib.

Xəbərlər