Siyasət 11 May 2023, 16:42 | Baxış sayı: 117
“Məhv etmədən, diz çökdürmədən erməniləri başa salmaq çətin olacaq"

“Ermənistanın bu gün törətdiyi təxribatın yeganə adı var: Sülh istəmir. Ermənistan siyasi hakimiyyəti nə sülhə hazırdır, nə də bizimlə sülh şəraitində yaşamaq niyyətindədir. İstər danışıqlar proseslərində qeyri-konstruktiv təkliflərlə çıxış etmələri, istərsə də təxribatlar törətmələri, müxtəlif bəyanatlar yaymaları, ərazi iddiaları irəli sürmələri, Azərbaycanın Qarabağ ərazisində yaşayan ermənilərin “status” məsələsi ilə bağlı qəbuledilməz təkliflər səsləndirmələri göstərir ki, sülhə hazır deyillər, bizimlə sülh şəraitində yaşamaq niyyətləri yoxdur. Hesab edirəm, 44 günlük Vətən müharibəsində aldıqları zərbələr, verdiyimiz dərslər ermənilər üçün kifayət olmayıb. Belə çıxır ki, ilanın başını tam əzməmişik, yarımçıq qalıb. Ermənistan ayrı-ayrı havadarları vasitəsilə dirçəlməyə çalışır. Artıq mövqelərimizə İran istehsalı olan dronlar qaldırır, müxtəlif vasitələrdən istifadə edir. Bu, o deməkdir ki, 44 günlük müharibə başa çatandan sonra ermənilər yenidən ordu quruculuğu, silah-sürsat təminatı ilə məşğuldurlar. Bu, təbii ki, məqsədlidir, onlar yeni müharibəyə hazırlaşırlar. Sonadək məhv etmədən, diz çökdürmədən erməniləri başa salmaq çətin olacaq”.

 

Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

Deputat bildirib ki, Ermənistan silahlı qüvvələrinin Paşinyandan yox, xaricdəki qüvvələrdən təlimat alması barədə müxtəlif ekspertlər tərəfindən versiyalar irəli sürülür: “Burada müəyyən həqiqətlər var ki, Ermənistan ordusu bu gün Paşinyana tamamilə tabe olmur, xarici qüvvələrin, yaxud müxalifətdəki qüvvələrin tapşırıqlarını yerinə yetirir. Bu hal da mümkündür, nəzərə almaq lazımdır, amma tam yox. İnanmıram ki, "təlxək" dediyimiz, siyasət aləminə təsadüfən düşmüş, heç bir dəqiq mövqeyi olmayan Paşinyansız belə geniş miqyasda təxribatlara yol verilsin, özü də məqsədli. Paşinyan Moskvaya səfər etdi, səfərdən qayıdan kimi yüksək rütbəli hərbçilərlə toplantı keçirdi və ardından təxribat başladı. Qarşıda gözlənilən Brüssel görüşü ərəfəsində sanki təxribatlar qəsdən, nəyəsə hazırlıq görülməsi barədə anons vermək məqsədilə törədilir. Bilmirsən ki, erməni bicliyi, məkri, hiyləsi nə planlaşdırır. Erməni informasiya saytlarına baxın. Yazırlar ki, guya bir neçə gündür, Azərbaycan Müdafiə Nazirliyi artilleriya qurğularını, silah-sürsatı Ermənistan tərəfə cəmləşdirib, məqsədi var, guya təxribata Azərbaycan başlayıb. Məkri görürsünüz? Bu, erməni hiyləsidir. Artıq neçə gün qabaqdan beynəlxalq ictimaiyyəti, müəyyən dövlətləri, qurumları belə yalan informasiya ilə məlumatlandırmışdılar. Guya nəsə gözlənilir. Öz törədəcəkləri təxribatı əvvəlcədən bizim üstümüzə atmaq üçün bu məlumatları yayırdılar. Və nəticədə özləri təxribat törətdilər”.

 

E.Məmmədov bu gedişlə sülh sazişinin imzalanmasının uzaq göründüyü barədə fikirlərə isə belə münasibət bildirib: “Səhv deyə bilərəm, amma fikrimi bildirəcəyəm. Belə düşünürəm ki, hətta Brüssel görüşündə və növbəti görüşlər baş verə-verə "sülh sazişi” adında hansısa sənəd imzalana bilər. Amma ermənilər buna əməl etməyəcəklər. Onlar 10 noyabr 2020-ci il sənədinə də, sonra Moskvada, Soçidə, Brüsseldə keçirilən görüşlərdə də bir neçə sənədə imza atdılar, öhdəlik götürdülər. Bəs yerinə yetirdilərmi? Xeyr. Yəni bunlar “sülh sazişi” adında sənədə imza atsalar belə, onun da tələblərinə əməl etməyəcəklər. Ta o vaxta qədər ki, onlar tamamilə məhv, darmadağın olmayıblar. Ermənilərin izi, soyu, kökü bütün Cənubi Qafqazdan təmizlənməlidir. Nə qədər ki bizim tarixi topaqlarımızda kök salıblar, bizə və Türkiyəyə qarşı iddialıdırlar, onlar heç vaxt sülh şəraitində yaşamaq istəməyəcəklər. Daim əzilməli, “dəmir yumruq” başlarının üzərində olmalıdır, başlarını qaldıran kimi başlarına dəyməlidir. Başqa cür mümkün deyil. Ermənilərlə normal insan kimi davranış qaydalarına əməl etsən, onlar qudurur, cızıqlarından çıxırlar, hazırlaşıb yenidən öz bildiklərini edirlər”.

Xəbərlər