Plenar iclaslar 16 Fevral 2024, 15:55 | Baxış sayı: 185
"Məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət olduqca acınacaqlıdır"

Azərbaycanda bu gün məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət olduqca acınacaqlıdır.

Bunu gün Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Qüdrət Həsənquliyev bildirib ki, çox sayda vətəndaşın bununla bağlı narazılığı var: “Bir çox hallarda açıqdan-açığa məhkəmə qərarları icra olunmur. Baxmayaraq ki, bunun səbəbi soruşulanda cavab verirlər ki, guya işləri çoxdur və çatdıra bilmirlər. Lakin bu, həqiqətdə belə deyil”.

Deputat bu sahədə ciddi nizam-intizamın, nəzarətin bərpa olunmasının vacibliyinə diqqət çəkib: “Hakimlər qəbul etdikləri qətnamələrin icrasına görə birbaşa məsuliyyət daşımalıdır. Eyni zamanda həmin qərarların icrasını görməyənlər barədə elə həmin hakimlər cinayət işi başlanılmalıdır. Bir sözlə, məhkəmə islahatlarının aparılmasına ciddi ehtiyac var”.

APA

Xəbərlər