Plenar iclaslar 15 Oktyabr 2021, 17:33 | Baxış sayı: 250
"məhkəmə qərarı olmadan səhiyyə işçilərinə qarşı ittihamlar irəli sürülür"

Deputat Rəşad Mahmudov səhiyyə işçilərinin işgüzar nüfuzuna zərər vurulması ilə bağlı cinayət məsuliyyətinin nəzərdə tutulmasını  təklif edib.

Modern.az-ın məlumatına görə, deputat Rəşad Mahmudov parlamentdə qeyd edib ki, məhkəmə qərarı olmadan səhiyyə işçilərinə qarşı ittihamlar irəli sürülür:

“Bu da onların nüfuzuna və  gələcəkdə xaricə getməsinə şərait yaradır. Mən təklif edirəm ki, mətbuatda  Azərbaycan səhiyyə işçilərinin adları çəkilərək məlumatların verilməsinin qarşısı alınsın. Çünki tez-tez ya həkimlərin ya da xəstəxanaların adları çəkilir. Bu cür hallar doğru deyil”.

Xəbərlər