"Mehman Hüseynovun hərəkətlərinə cavab verilməlidir"
Ümumi
30 Yanvar 2023, 13:23 | Baxış sayı:
208
Milli Məclisin deputatı Elman Nəsirov bloger Mehman Hüseynovun deputatları təhqir edərək, Milli Məclisin qabağına çiynində paz aparması hərəkətinə münasibət bildirib.
Deputat Elman Nəsirov Demokrat.az-a açıqlamasında deyib ki, Mehman Hüseynovun qanunazidd hərəkətlərinə hüquqi müstəvidə qiymət verilməlidir:
"O, hüquqi müstəvidə məsuliyyət daşımalıdır, çünki bu, birbaşa təhqirdir. Təbii ki, bunun hüquqi nəticələri də olmalıdır. Əks təqdirdə Mehman Hüseynovun özbaşına hərəkətləri daha da artmış olacaq. Hesab edirəm ki, hüquq öz gücünü göstərməlidir".