Plenar iclaslar, Qanun Layihələri 30 Dekabr 2021, 12:47 | Baxış sayı: 301
“Media haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Bu gün Milli Məclisinin plenar iclasında “Media haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Layihəni üçüncü oxunuşda Parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edib və əvvəlki oxunuşlarda deputatların suallarına yazılı cavab veriləcəyini bildirib.
Z. Oruc bildirib ki, layihə əsla cəzalandırıcı deyil: "Layihə jurnalistikanı gücləndirməyi hədəf seçib”.
qanun layihəsi 9 fəsil, 78 maddədən ibarətdir.
Qanun qüvvəyə mindiyi gündən “Kütləvi informasiya vasitələri haqqında” və “Televiziya və radio yayımı haqqında” qanunlar qüvvədən düşəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Mənbə APA

Xəbərlər