İqtisadiyyat 7 Aprel 2023, 18:05 | Baxış sayı: 126
"Liberallaşmaya milyardlarla pul alıb, səmərəsiz istifadə edən sahələrdən başlamaq lazımdır"

“Bazarda liberallaşdırmanın tərəfdarıyam. Rəqabətin olması üçün inhisarçılıq aradan qaldırılmalıdır”.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, ilk növbədə, dövlət inhisarçılığı olmamalıdır: “El arasında bir söz var ki, “Südverən inəyi satmazlar”. Siz niyə gəlirlə işləyən sahədə liberallaşmaya başlayırsınız? Axı bizdə “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Hava Yolları” QSC, “Azərsu” ASC var... Hər yerdə ilk növbədə gəlirlə işləməyən sahələr liberallaşmaya çıxarılır. Dünyanın hər yerində özəlləşməyə oradan başlanılır. Belə çıxır ki, özəlləşmədə məqsəd o sahədə xidmətin keyfiyyətini yüksəltmək, rəqabət mühiti yaratmaqla tarifləri salmaq yox, gəlirli sahəni ələ keçirməkdir. Ümumiyyətlə, özəlləşməyə başlanılmalıdır. İlk növbədə isə milyardlarla pul alıb, səmərəsiz istifadə edən sahələrdən başlamaq lazımdır.

Baxın, AZAL-da qiymətlər hara çıxıb? Xalqımız tələb edir qiymətlər aşağı salınsın, amma rəqabət mühiti olmadığı üçün sözsüz ki, qiymətlər düşmür. Baxın Gürcüstanda, Ermənistanda təyyarə biletlərinin qiymətlərinə. Balaca Ermənistanda 6-7 aviakompaniya var”, - deyə deputat əlavə edib.

Xəbərlər