Siyasət 10 Oktyabr 2022, 16:12 | Baxış sayı: 212
"Əli Kərimli, Qubad İbadoğlu və Cəmil Həsənli kimi marginal qruplaşmalar ictimai asayişi pozmağa çalışırlar"

“Bakıda xəyanətkar qruplaşmaların üzvləri erməni lobbisindən, anti-Azərbaycan dairələrdən təlimatlar alaraq ölkədə qarşıdurma yaratmaq niyyəti ilə qanunsuz piket keçirməyə cəhd ediblər, absurd fikirlər səsləndiriblər. Bilirsiniz ki, Praqada Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə dördtərəfli görüşdə qətiyyətli, prinsipial mövqe ortaya qoydu, növbəti dəfə diplomatik qələbə qazandı. Ermənistanın təşəbbüsü Qərbin bəzi dairələri, xüsusilə Fransa tərəfindən dəstəklənməsinə baxmayaraq keçmədi. Onlar istəyirdilər ki, delimitasiya olunmayan ərazilərə Fransanın da olduğu qüvvələr yerləşdirilsin. Azərbaycan növbəti dəfə onlara razılıq vermədi. Ermənistan bir daha sübut etdi ki, suveren ölkə deyil, misiya yalnız Ermənistan ərazisində fəaliyyət göstərəcək. Əlbəttə ki, bu, Ermənistanın Rusiyaya qarşı atdığı addımdır. Bir sıra vətən xainləri – Əli Kərimli, Qubad İbadoğlu, Cəmil Həsənli kimi marginal qruplaşmalar aldığı təlimatlar əsasında ölkədə ictimai asayişi pozmağa çalışırlar. Oktyabrın 7-də piket keçirməyə edilən cəhd də bunun tərkib hissəsidir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

 

C.Osmanov qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron istər Vətən Müharibəsində, istərsə də sonrakı mərhələdə Ermənistana dəstək verib: “Makron açıq şəkildə ermənipərəst siyasət yürüdür. Azərbaycanın daxilindəki bəzi qüvvələr, o cümlədən xaricdə mühacir statusu alanlar bu siyasətə dəstək verir. 12-14 sentyabrın tarixlərində Ermənistanın təxribatının qarşısını alarkən də həmin qüvvələr etiraz edirdilər, əsassız ittihamlar səsləndirirdilər. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması da həmin şəxsləri narahat edir. Torpaqlarımızın 20 faizinin işğala məruz qalmasının əsas səbəbkarları Əli Kərimli, o zamanlar hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün bəzi xəyanətkar üzvləridir. 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycandakı hərc-mərclikdən istifadə edərək torpaqları işğal etdi. Həmin dövrlər həyata keçirilən uğursuz xarici siyasət nəticəsində Azərbaycanın bütün ölkələrlə münasibətləri korlanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmək üçün dövlətçiliyə xəyanət etdilər, ona görə də xalq onları qısa zaman ərzində qovdu. Bu xəyanət indi də davam edir, ermənipərəst dairələrə nökərlik edirlər. Amma sosial bazaları sıfıra bərabər olduğundan nəticə əldə edə bilmirlər. Xalq belə marginal qruplaşmaya dəstək verə bilməz, cəmiyyətdə onlara yer yoxdur. Xalqımız Prezident İlham Əliyevin Praqadakı diplomatik qələbəsindən qürur hissi keçirir. Cənab Prezident ölkəmizi dünyanın ən nüfuzlu ölkələrindən birinə çevirib. Dövlət başçısının Bolqarıstan səfəri zamanı Avropa İttifaqına üzv ölkələrin rəhbərlərinin cənab İlham Əliyevlə bağlı söylədiyi fikirlər bunu əyani sübut edir”.

Xəbərlər