Cəmiyyət 9 Mart 2022, 12:04 | Baxış sayı: 197
"Latviya parlamentinin deputatının Ukraynadakı döyüşlərə qatılması təbiidir".

“Latviyanın, Ukraynanın Avropa Birliyi və NATO ilə bağlı birgə proqramı var. Yəni, Latviya ilə Ukraynanın bu barədə tale yaxınlığı mövcuddur. Belə olan halda, Latviya parlamentinin deputatının Ukraynadakı döyüşlərə qatılması təbiidir. Başqalarını deyə bilmərəm, şəxsən mənim yaşım 60-dan çoxdur, necə vuruşum, necə döyüşüm?! Vətən müharibəsində də özüm yaşımla əlaqədar gedə bilməsəm də, müharibə başlayan günü oğlumu cəbhəyə dərhal yola salmışam”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat qeyd edib ki, vaxtilə özü də deputat olduğu halda, Xocalıda baş verən hadisələrdə yaxından iştirak edib: “Xocalı faciəsi baş verən günü dərhal oraya yola düşmüşəm. Meyitlərin məscidlərə daşınmasında iştirak etmişəm. Həmin vaxtlar deputat olsam da, elə günlərim münaqişə zonalarında keçib. Cəbrayılın Qışlaq kəndində məktəbin yanında dayananda ermənilər snayper atəşi açıb, güllə yanımdakı polis nəfərinin qulağına deyib. Bilirdilər ki, deputat gəlib. Yəni, biz də canımızı, vəzifəmizi, hər şeyimizi qoymuşuq. Ona görə də başqalarını deyə bilmərəm, amma cəsarətli təşəbbüslərimiz olmadığı barədə ittihamları şəxsən özüm üçün rədd edirəm. Latviyalı deputat Ukraynada döyüşmək üçün gedirsə, öz millətimizi əsassız yerə cəsarətsiz adlandırmaq, aşağılamaq lazım deyil”.

Xəbərlər